UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda İsrailin "Makkabi" klubu Bakıda "Zirə"nin qonağı olub və 3:0 hesabı ilə qalib gəlib.
Fanat.Az xəbər verir ki, Təl-Əviv təmsilçisinin baş məşqçisi Vladimir İviç matçdan sonra keçirilən mətbuat konfransında qələbəni şərh edib.
45 yaşlı serbiyalı mütəxəssis "qartallar"ın ideal formada olmadığını bildirib: "Fantastik futbol oynamadıq. Qələbə qazanmalı idik. Bunu da bacardıq. Hələlik pik formamızda deyilik. Ötən mövsüm oyunlarına baxdığım "Zirə" daha yaxşı idi. Məsələn, "Qarabağ"a qarşı daha yaxşı oynamışdılar. Bəlkə də bu ilk rəsmi matç keçirmələrindən irəli gəlir. Əminəm ki, "Zirə" getdikcə oyununu daha da qaydasına salacaq. Cavab matçı bir növ duelin ikinci hissəsi olacaq".
Qeyd edək ki, cavab görüşü iyulun 28-də Təl-Əvivdə oynanılacaq.