Sabah Çexiyanın paytaxtı Praqada cüdo üzrə gənclər arasında Avropa kuboku yarışı start götürəcək.
Fanat.Az xəbər verir ki, iki gün davam edəcək turnirdə Azərbaycanı bir idmançı təmsil edəcək. Bu, oğlanların 66 kiloqram çəki dərəcəsində yer alan Samir Piriyevdir.
Qeyd edək ki, Avropa kubokunda 30 ölkədən ümumilikdə 233 cüdoçu mübarizə aparacaq.