Azərbaycan şahmatçısı Məhəmməd Muradlı İsveçrənin Bil şəhərində keçirilən beynəlxalq turnirin qalibi olub.
Fanat.Az xəbər verir ki, 19 yaşlı qrossmeyster sonuncu - IX turda FIDE bayrağı altında çıxış edən rusiyalı Kirill Alekseyenko ilə qarşılaşıb. Qara fiqurlarla oynayan Muradlı rəqibi ilə heç-heçəyə razılaşıb. Beləliklə, xalını 7-yə çatdıran son Azərbaycan çempionu Alekseyenkonu əlavə göstəricilərə görə üstələyərək turnirin qalibi adını qazanıb.
Qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilən turnirdə ümumilikdə 114 şahmatçı mübarizə aparıb.