Kişi voleybolçulardan ibarət Azərbaycan yığması Bakıda Mərakeş yığması ilə növbəti yoxlama oyunu keçirib.
Fanat.Az xəbər verir ki, Voleybol Mərkəzində baş tutan qarşılaşma millimizin 3:2 (23:25, 25:19, 25:21, 18:25, 15:13) hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, komandalar arasında ilk oyunda rəqib eyni hesabla qalib gəlib.