Beynəlxalq Gimnastika Federasiyası (FIG) 2023-cü il üçün bədii gimnastika üzrə Dünya Kuboku seriyasının təqvimini açıqlayıb.
Fanat.Az xəbər verir ki, Dünya Kuboku ümumilikdə beş mərhələdən ibarət olacaq. Bunlardan sonuncusuna Azərbaycan ev sahibliyi edəcək.
Yarış aprelin 21-23-də Bakıda Milli Gimnastika Arenasında keçiriləcək.
Xatırladaq ki, 2023-cü ildə paytaxtımız Avropa çempionatına da ev sahibliyi edəcək. Yarış 17-23 mayda təşkil olunacaq.