Bu gün İtaliyanın paytaxtı Romada güləş üzrə U-17 dünya çempionatı start götürəcək.
Fanat.Az xəbər verir ki, ötən gün yunan-Roma güləşi üzrə püşkatma mərasimi keçirilib və idmançılarımızın ilk rəqibləri müəyyənləşib.
Hüseyn Savadov (45 kq) ilk mərhələdə türkiyəli Ömər Altaşla qarşılaşacaq.
Səid Xəlilov (48 kq) debütdə amerikalı Kristian Kastilyonu sınağa çəkəcək.
Mübarizəyə 1/8 finaldan qoşulacaq Vədat Qasımlı (51 kq) Rafail Papageorgiu (Yunanıstan) - Armen Gevorqyan (Ermənistan) görüşünün qalibiylə üz-üzə gələcək.
Fəraim Mustafayev (55 kq) 1/8 finalda misirli Hüseyn Hasaneynlə qarşılaşacaq.
Məhəmməd Qasımzadənin (60 kq) təsnifat mərhələsində rəqibi misirli Omar Murad olacaq.
Əli Əlizadə (65 kq) ilk mərhələdə macar Levente Levayla üz-üzə gələcək.
Davud Məmmədov (71 kq) 1/8 finalda Amirşah Vahobov (Özbəkistan) - Maksim Radik (Ukrayna) qarşılaşmasının qalibiylə güləşəcək.
İsmayıl Rzayev (80 kq) təsnifat mərhələsində polşalı Voyçieş İvanovskini sınağa çəkəcək.
Mikayıl İsmayılov (92 kq) 1/8 finalda gürcüstanlı Gor Ayvazyanla qarşılaşacaq.
Məzaim Mərdanov (110 kq) isə 1/8 finalda özbəkistanlı Rustam Sadikovla üz-üzə gələcək.