San Marinoda basketbol üzrə U-18 Avropa çempionatının C divizionu üzrə mübarizə davam edir.
Fanat.Az xəbər verir ki, Azərbaycan yığması yarışda bu gün ilk oyununa çıxacaq. Komandamız B qrupunun ilk oyununda Lüksemburq kollektivi ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 14:30-da başlayacaq.
Daha əvvəl qrupda aşağıdakı oyunlar keçirilib:
Cəbəllütariq - Ermənistan 64:81
Lüksemburq - Moldova 69:56.
Azərbaycan yığması növbəti görüşünü sabah Cəbəllütariqə qarşı keçirəcək.