18:17 25.07.2022 406

Federasiya prezidenti: "Bütün idmançılarımızdan medal gözləyirik"

"V İslam Həmrəylik Oyunlarında Azərbaycanın kikboksinq ustaları avqustun 16-sı mübarizəyə qoşulacaqlar. Hazırda milli yığma komanda Balakən rayonunda təlim-məşq toplanışındadır. Komandamız Konyada həm "low kick", həm də "full contact" versiyalarında təmsil olunacaq. Ümumilikdə orada 24 idmançı və 5 məşqçi ile təmsil olunacağıq".

Fanat.Az xəbər verir ki, bunu Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Orxan Əliyev mətbuat xidmətinə açıqlamasında deyib.

O, kikboksinq yarışlarının 16-18 avqust tarixlərində baş tutacağı İslamiadada Azərbaycanın əsas rəqibləri olan ölkələrin adlarını açıqlayıb:

"Əlbəttə, biz İslamiadada çıxış edən bütün idmançılarımızdan medal gözləyirik. Bildiyiniz kimi, burada çıxış edən bütün idmançılarımız sonuncu ölkə çempionlarıdır.

Bu yarışda qardaş Türkiyə idmançıları da meydan sahibi olaraq güclü heyətlə mübarizə aparacaq. Eyni zamanda Özbəkistan və Qazaxıstan idmançıları da iddialı çıxışları ilə bütün kikboksinq yarışlarında yadda qalırlar. Amma buna baxmayaraq, bizim milli komandada dünyada tanınan idmançılarımız çıxış edir. Bu da bizə deməyə əsas verir ki, Azərbaycan idmançıları kikboksinq yarışlarında əsas favoritlərdəndir".

İslam Həmrəylik Oyunlarının dövlətimiz tərəfindən də xüsusi diqqətdə saxlanıldığını deyən Orxan Əliyev köməklik göstərən şəxslərə təşəkkürünü bildirib: "Milli Məclisin sədr müavini, federasiyanın fəxri prezidenti, cənab Adil Əliyevə hər zaman idmançıları xüsusi diqqətdə saxladığı, hər zaman onlara dəstək olduğu üçün "çox sağ olun" deyirəm. Həmçinin, idmançılarımızın təlim-məşq toplanışlarına cəlb olunmasında Gənclər və İdman Nazirliyi də köməklik etdiyinə görə nazir Fərid Qayıbova, onun müavini Mariana Vasilevaya təşəkkür edirəm".

Qeyd edək ki, Azərbaycanın kikboksinq millisi avqustun 14-ü saat 10:30-da Konyaya yola düşəcək.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

05 İyul 2025
15:12

"Mingəçevir"in baş məşqçisi postundan ayrıldı

14:50

Pokatilov Qazaxıstan və Azərbaycan futbolunu müqayisə etdi - "Kayrat" birinci, "Sabah" ikinci yerdədir"

14:11

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

13:49

"Açıq matç olacaq" - Enrike "Bayern"lə oyundan danışdı

13:06

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

12:37

"Zirə"nin rəqibi yenə minimal hesablı qələbə qazandı

12:05

"Kəpəz" yeni transferini açıqladı

11:44

Klublararası dünya çempionatı: PSJ "Bayern"ə, "Real" "Borussiya"ya qarşı

10:54

Tanınmış futbolçu kafedə 2 nəfəri döydü - VİDEO

10:20

"Araz-Naxçıvan"da köklü dəyişiklik - 6 legionerini göndərdi

09:58

"Qəbələ" qanalı oyunçu ilə gücləndi

09:35

"Arsenal" gənc ulduzu ilə razılığa gələ bilmədi

09:00

"Çelsi" yarımfinala adladı - Finala vəsiqə də braziliyalılarla dueldən keçəcək

01:08

Klublararası dünya çempionatı: "Fluminense" "Əl-Hilal"ı yenib ilk yarımfinalçı oldu

00:14

Azərbaycan millisi AÇ-yə qələbə ilə başladı

00:00

Ruzanna Avropa çempionu oldu

04 İyul 2025
23:16

"Arsenal" bu ulduzun transferinə milyonlar ayırdı - MƏBLƏĞ

22:58

"Transferlərlə bağlı mən qərar verirəm" - Samir Abasov

22:40

"Real"ın hücumçusu İtaliya nəhənginə keçə bilər

22:36

Azərbaycanın 2 güləşçisi AÇ-nin finalında

22:20

"Dioqunun yoxluğu ilə barışmaq çox çətin olacaq" - Məhəmməd Salah

21:54

"Mançester Yunayted"in 5 futbolçusunun mesajı rəhbərəliyi bu addımı atmağa vadar etdi - SON DURUM

21:17

Ayxan Abbasov Qəbələdə oyunçu seçəcək

20:51

Azər Salahlının yeni klubu bilindi - RƏSMİ

20:13

"Araz-Naxçıvan" Rövşən Hüseynlini və daha 2 yerli oyunçunu heyətinə qatdı - AÇIQLAMA

19:50

"Şamaxı" heyətinə yeni hücumçu qatır

19:18

"İmişli" Bakıda hazırlıq keçəcək

18:44

"Betis" milli üzvü ilə gücləndi - RƏSMİ

18:15

"Qarabağ" qapıçısını Avstriyaya aparmayıb - Klubdan ayrılır

17:40

Remsi Meksika klubu ilə müqavilə bağladı - RƏSMİ

17:22

Kanada millisinin hücumçusu "Yuventus"da - RƏSMİ

17:04

"Real"ın yeni ulduzunun atası MS, "Barselona" və "Atletiko Madrid"i "ələ saldı" - FOTO

16:46

"Çempionata nə dərəcədə hazır olacağımız məhz bu toplanışdan asılıdır" - Faiq Hacıyev

16:28

"Arsenal" yapon futbolçusu ilə yollarını ayırdı

16:09

Bu gün Azərbaycan millisi Bosniya və Herseqovina ilə üz-üzə gələcək

15:50

"Bunlar “Araz-Naxçıvan”lı olmağıma təsir edən amillərdir" - Keyta

15:31

"Fənərbağça" PSJ-yə rəsmi təklif göndərdi - MƏBLƏĞ

15:13

"Çərşənbə axşamı yeni komandam bilinəcək"

14:54

"Bu məqam "Sele" ilə matçda "Sabah"a problem yarada bilər" - Azər Bağırov

14:36

Üç hücumçusu zədələnən "Əl-Hilal" bombardiri icarəyə götürdü

Facebookdan bizi izləməyi unutmayın.
X