18 yaşadək basketbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının C divizionunda mübarizəyə başlayıb.
Fanat.Az xəbər verir ki, milli komandamız B qrupunun ilk oyununda Lüksemburq kollektivi ilə qarşılaşıb. San Marinoda keçirilən matç kollektivimizin 75:71 hesablı qələbəsi ilə yekunlaşıb.
Daha əvvəl qrupda Ermənistan 81:64, Lüksemburq Moldovanın 69:56 hesabı ilə məğlub edib.
Azərbaycan yığması növbəti görüşünü sabah Cəbəllütariqə qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 19:00-da start götürəcək. Ertəsi gün Ermənistanı sınağa çəkəcək millimiz qrupun son oyununda iyulun 28-də Moldova ilə üz-üzə gələcək.