San Marinoda 18 yaşadək basketbolçular arasında Avropa çempionatının C divizionunun oyunları davam edir.
Fanat.Az xəbər verir ki, Azərbaycan yığması B qrupunun ikinci oyununda bu gün Cəbəllütariqlə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Ötən gün baş tutan ilk tur oyununda komandamız Lüksemburqa qalib gəlib - 75:71.
Xal durumu: Lüksemburq, Moldova - 3 xal (2 oyun), Ermənistan - 2 (1), Cəbəllütariq - 2 (2), Azərbaycan - 2 (1).