UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab matçlarına start veriləcək.
Fanat.Az xəbər verir ki, ilk oyun günündə 6 qarşılaşma baş tutub.
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın "Dinamo Zaqreb" klubu Şimali Makedoniyada "Şkupi"nin qonağı olub. Səfərdə minimal hesablı qələbə qazanan Emrelinin komandası adını növbəti mərhələyə yazdırıb. Zaqrebdə 2:2 hesablı heç-heçə ilə başa çatmış ilk oyunu zədə səbəbindən buraxan Mahir cavab matçında da meydana çıxmayıb.
Qeyd edək ki, Çempionlar Liqasında II təsnifat mərhələsinin digər cavab oyunları iyulun 27-də keçiriləcək. Azərbaycan çempionu "Qarabağ" Bakıda 3:2 hesabı ilə məğlub etdiyi "Sürix"lə İsveçrədə üz-üzə gələcək.
UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunları
26 iyul
AEK (Larnaka, Kipr) - "Midtüllann" (Danimarka) 1:1 (penaltilər seriyası - 3:4)
İlk oyun - 1:1
"Şerif" (Moldova) - "Maribor" (Sloveniya) 1:0
İlk oyun - 0:0
"Viktoriya" (Plzen, Çexiya) - HİK (Finlandiya) 5:0
İlk oyun - 2:1
"Düdelanj" (Lüksemburq) - "Pünik" (Ermənistan) 1:4
İlk oyun - 1:0
"Şkupi" (Şimali Makedoniya) - "Dinamo" (Zaqreb, Xorvatiya) 0:1
İlk oyun - 2:2
"Şemrok Rovers" (İrlandiya) - "Lüdoqorets" (Bolqarıstan) 2:1
İlk oyun - 0:3