Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən "Grand Chess Tour"un üçüncü mərhələsində qazancı məlum olub.
Fanat.Az xəbər verir ki, rapid və blits üzrə təşkil olunan turniri 10 iştirakçı arasında 7-ci sırada tamamlayan 37 yaşlı qrossmeyster 10 000 dollara sahib çıxıb.
Yarışın qalibi adını qazanan norveçli dünya çempionu Maqnus Karlsen isə büdcəsini 40 000 dollar zənginləşdirib.
Mərhələnin ümumi mükafat fondu 175 000 dollar təşkil edib.