Azərbaycanın yeniyetmələrdən ibarət taekvondo yığması Bolqarıstanın paytaxtı Sofiyada dünya çempionatında iştirak edəcək.
Fanat.Az xəbər verir ki, yarışda ölkəmiz 17 (10 oğlan və 7 qız) idmançı ilə təmsil olunacaq.
Baş məşqçi Elnur Amanov və böyük məşqçi Vurğun Cəfərov mundialda Mehdi Budaqlı (33 kq), İlyas Hətəmli (37 kq), Riad Quliyev (41 kq), Fuad Məhərrəmli (45 kq), Bahadur Dostuyev (49 kq), Vasif Səlimov (53 kq), Əbdülsübhan Dadaşov (57 kq), Yunis Hüseynov (61 kq), Elcan Əliyev (65 kq) və Nihad Həsənova (65 kq yuxarı) şans verəcək.
Yeniyetmə qızlardan isə Zəhra İsayeva (29 kq), Gülü Zamanlı (33 kq), Xuraman Cavadzadə (37 kq), Firəngül Abbaszadə (41 kq), Banu Quliyeva (44 kq), Şəms Əlizadə (47 kq), Fatimə Həsənova (51 kq) dayanq üzərinə çıxacaq.
28 iyulda start veriıləcək dünya birinciliyinə 31 iyul tarixində yekun vurulacaq.
Qeyd edək ki, beynəlxalq dərəcəli referi Aygül Abdullayeva yarışın ədalət təmsilçiləri arasında yer alacaq.