İsveçrənin "Nau.ch" saytının baş redaktoru Mixa Zbinden və futbol müxbiri Mişa Vattşteyn ölkə çempionatında iki oyuna 1 xal toplayan “Sürix”in oyununu müzakirə edərkən komandanın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Qarabağ”a qarşı cavab matçına da toxunublar.
Fanat.Az xəbər verir ki, saytın əməkdaşları əvvəlcə “Sürix”in yeni baş məşqçisi Franko Fodanın taktikası barədə danışıblar:
“Fodanın son oyunda ("Lütsern"ə qarşı) 4-4-2 düzülüşü ilə oynaması gözlənilən idi. Çünki bu, onun sistemidir. Amma futbolçular bundan narazı idi. Ötən mövsüm onlar üç müdafiəçi ilə oynamağa öyrəşmişdilər. Foda "Sürix"in "sükanı arxası"nda hələ qələbə qazana bilməyib. Çərşənbə günü isə birmənalı olaraq “Qarabağ”la görüşdən uğur gözləməyə dəyməz”, - deyə Zbinden bildirib.
“Şəxsən mənim üçün sistem məsələsi hazırda ikinci dərəcəlidir. Çünki komandanın bütün fikirləri indi yalnız Çempionlar Liqasının vəsiqə ilə bağlıdır. Foda bu həftə mütləq uğurlu oyun sərgiləməlidir”, - Vetşteyn qeyd edib.
Xatırladaq ki, "köhlən atlar"ın "Sürix"ə qarşı səfər oyunu sabah Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Emin