San Marinoda 18 yaşadək basketbolçular arasında Avropa çempionatının C divizionunun oyunları davam edir.
Fanat.Az xəbər verir ki, Azərbaycan yığması B qrupunun ikinci oyununda bu gün Cəbəllütariqlə qarşılaşıb. Matça fəal başlayan kollektivimiz yekunda 115:60 hesablı qələbə qazanıb.
Milli komandamızın qrupdakı növbəti rəqibi Ermənistan yığması olacaq. Oyun sabah - 27 iyul Bakı vaxtı ilə saat 19.00-da start götürəcək.
Xatırladaq ki, iyulun 25-də baş tutan ilk tur oyununda komandamız Lüksemburqa qalib gəlib - 75:71.