San Marinoda 18 yaşadək basketbolçular arasında Avropa çempionatının C divizionunun oyunları davam edir.
Fanat.Az xəbər verir ki, Azərbaycan yığması B qrupunun üçüncü turu çərçivəsində bu gün Ermənistanla qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Xatırladaq ki, seçməmiz əvvəlki iki oyunda, müvafiq olaraq, Lüksemburq (75:71) və Cəbəllütariqi (115:60) məğlub edib.