Azərbaycanın yunan-Roma güləşçiləri İtaliyanın paytaxtı Romada keçirilən U-17 dünya çempionatında daha üç medal qazanıblar.
Fanat.Az xəbər verir ki, 71 kq çəki dərəcəsində mübarizə aparan Davud Məmmədov finalda gürcüstanlı Anri Putkaradze ilə üz-üzə gəlib. Rəqibinə 1:3 hesabı ilə uduzan Məmmədov ikinci yerlə kifayətlənib.
Hüseyn Savadov (45 kq) üçüncü yer uğrunda görüşdə rumıniyalı Yonut Mereutaya (9:0), Vədat Qasımlı (51 kq) isə gürcüstanlı Anri Xozrevanidzeyə (4:3) qalib gələrək dünya birinciliyinin bürünc medalına sahib çıxıblar.
Beləliklə, "klassiklər"imiz mundialı 3 gümüş və 4 bürünc mükafatla başa vurublar.
Qeyd edək ki, daha əvvəl Fəraim Mustafayev (55 kq) ilə İsmayıl Rzayev (80 kq) gümüş, Səid Xəlilov (48 kq) və Məzaim Mərdanov (110 kq) bürünc mükafata sahib çıxıblar. Dünya birinciliyi iyulun 31-dək davam edəcək.