İtaliyanın paytaxtı Romada keçirilən U-17 dünya çempionatında yunan-Roma güləşi üzrə mübarizəyə yekun vurulub.
Fanat.Az xəbər verir ki, Azərbaycanın yarışda iştirak edən 10 idmançısından 7-si fəxri kürsüyə qalxıb. Bu da son 10 ildə bu yaş qrupu üzrə yunan-Roma güləşində ən yaxşı göstərici olub.
Romada Fəraim Mustafayev (55 kq), Davud Məmmədov (71 kq) və İsmayıl Rzayev (80 kq) gümüş, Hüseyn Savadov (45 kq), Səid Xəlilov (48 kq), Vədat Qasımlı (51 kq) və Məzaim Mərdanov (110 kq) bürünc medal qazanıblar.
Beləliklə, yığma 130 xal toplayaraq komanda hesabında dünya ikincisi olub. İran 135 xalla birinci, Gürcüstan isə 121 xalla üçüncü yeri tutub.
Qeyd edək ki, xalların sayına görə bu nəticə U-17 dünya çempionatları tarixində Azərbaycanın yunan-Roma güləşində yeni rekorddur.