UEFA ölkələrin reytinqini növbəti dəfə yeniləyib.
Fanat.Az xəbər verir ki, Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunlarından sonra Azərbaycanın mövqeyində yerdəyişmə olmayıb.
Baxmayaraq ki, “Qarabağ”ın İsveçrə təmsilçisi “Sürix”lə səfərdə heç-heçə (2:2) etməsi ölkəmizin aktivinə növbəti 0,125 xalı yazdırıb. Son 5 mövsümdəki çıxışa əsasən Azərbaycan 13,250 xalla 29-cu sırada yer alır və mövqeyimiz dəyişməz qalıb. 28-ci yerdə qərarlaşan Polşanın 14.750, bizdən bir addım geridə olan Qazaxıstanın isə 12.125 reytinq xalı var.
Yerdəyişmələr əsasən ilk “20-lik”dən aşağıda baş verib. Macarıstan, Qazaxıstan, Litva, Farer adaları, İrlandiya, Andorra irəliləyibsə, Slovakiya, Sloveniya, Lüksemburq, Şimali İrlandiya və Şimali Makedoniyada geriləmə müşahidə olunub.
Qeyd edək ki, siyahıya 88,855 xalla İngiltərə başçılıq edir.