Azərbaycan sərbəst güləşçiləri Vasif Bağırov və İlyas İsayev İtaliyanın paytaxtı Romada keçirilən U-17 dünya çempionatında finala yüksəliblər.
Fanat.Az xəbər verir ki, 48 kq çəki dərəcəsində yer alan Bağırov yarımfinalda hindistanlı Kumar Lalitə 7:4, 65 kq-da mübarizə aparan İsayev isə gürcüstanlı Qoqa Otinaşviliyə 9:4 hesabı ilə qalib gələrək adlarını finala yazdırıblar.
Vasif finalda Kristian Kastilyo ilə, İlyas Tayler Kasak ilə (hər ikisi ABŞ) üz-üzə gələcək.
Final görüşləri sabah baş tutacaq.
***
İtaliyanın paytaxtı Romada güləş üzrə U-17 dünya çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, mundialda bu gün sərbəst güləş üzrə mübarizəyə start veriləcək.
Azərbaycan təmsilçilərindən Vasif Bağırov (48 kq) 1/4 finalda Ramil Rassim Qazaxıstan / Giorgi Romelaşvili (Gürcüstan) cütünün qalibi ilə üz-üzə gələcək.
Camal Abbasov (55 kq) 1/8 fimalda Zaikarbek Tabaldiyevi (Qırğızıstan) sınağa çəkəcək.
65 kq-da yer alan İlyas İsayev təsnifat mərhələsində Məhəmməd Mamivandla (İran) münasibətləri aydınlaşdıracaq.
Şəmistan Axundov (80 kq) təsnifatda Mirko de Niçilonun (İtaliya) müqavimətini qırmağa çalışacaq.
Nəhayət, 110 kiloqram çəki dərəcəsindəku təmsilçimiz Yusif Dursunov 1/8 finalda Taha Temellə (Türkiyə) qarşılaşacaq.
Təsnifat görüşləri Bakı vaxtı ilə saat 13:30-da başlayacaq.
Qeyd edək ki, daha əvvəl mübarizə aparan yunan-Roma güləşçilərimiz yarışı 3 gümüş, 4 bürünc medalla başa vurub. Ümumilikdə 130 xal toplayan yığma komanda hesabında dünya ikincisi olub. Qızlardan isə Ruzanna Məmmədova (49 kq) qızıl, Elvina Kərimzadə (43 kq) bürünc medala sahib çıxıb. Dünya birinciliyinə iyulun 31-də yekun vurulacaq.