13:00 29.07.2022 1328

Valideynlər gələcəyin çempionlarına qarşı 

(Yazı "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə hazırlanıb)

Övladının idmançı olmasını arzulayan valideynlər çoxdur. Əlbəttə, bu sahəyə yönələn uşaqların uzağı 2-3 faizi gələcəkdə peşəkar idmançı olur. Ancaq idman anlayışı yalnız peşəkarlıqla məhdudlaşmır. Biri özünəəminlik qazanır, digəri fiziki problemlərdən qurtulur, başqası zəhmətin sirlərinə yiyələnir. Hərçənd xüsusi istedada sahib superulduzlar da bir vaxtlar idman dünyasına valideynlərinin hesabına qədəm qoymuş şanslı azyaşlılardan çıxır.

Valideynin övladı üçün nə demək olduğunu yenidən izah etsək, mövzudan uzaqlaşmış olarıq. Ata-ananın doğru yanaşması isə böyük ölçüdə uşağın gələcək karyerasının təməlini qoyur. Təbii, böyüklərin fərdi xətaları üzündən peşəkar idmançı ola bilməyən balacaların çoxu barədə heç vaxt məlumatımız olmayacaq. Onlar valideynlərinin üzərinə düşən işi bu və ya digər səbəbdən yerinə yetirə bilməməsi üzündən arzusuna çatmayan uşaqlardır. Sayları minlərlədir. Kim öz övladının mənəvi və maddi rifah vəd edən yolda ciddi uğur qazanmasını istəməz ki? Pis burasıdır ki, istəyib-istəməmək həlledici məqam sayılmır. Sirr deyil ki, əksər valideynlər məhz istəmədən uşağın idmançı kareyrasının üzərindən xətt çəkir. Valideynlərin öz övladlarına necə mane olduqlarını izah etməyə çalışacağıq.

Valideyn - məşqçi münasibətləri pozularsa...

Məşqçilərlə valideynlər yumruğu bir nəqtəyə vuran zaman qazanan uşaqlar olur. Əlbəttə, hər ikisinin idmanla məşğul olan balacalara təsir imkanları genişdir. Əslində valideynlər məşq prosesinə, məşqçilər isə uşağın şəxsi həyatına qarışmamalıdır. Ancaq bu, nəzəri qaydalardır. Azyaşlıların şəxsi həyatına müdaxilə edən mütəxəssislər də var, məşq proseslərinə qarışan və ya qarışmağa cəhd edən ata-ana da... Valideyn - məşqçi münasibətlərinin necə tarazlanmasının bütün hallarda, önəmi çox böyükdür. 

Məsələn, məçqləri izləyən bəzi valideynlərin kənardan övladına göstərişlər verməsi daha çox rastlaşdığımız haldır. Belədə, məşqçi özünü lazımsız hesab edir, uşaq isə iki qütb arasında qalır, məşq prosesində kimin əsas söz sahibi olduğunu müəyyənləşdirməyə çətinlik çəkir. 

Deməli, valideynlərlə məşqçilər özlərinin deyil, uşağın mənafei naminə doğru münasibətlər qurmağı bacarmalıdırlar. Şübhəsiz, tərəflərin birinin ana prinsipləri pozması azyaşlının gələcək karyerasının sual altına düşməsinə kifayət edir.

İfrat tərif 

Əlbəttə, uşağa doğru addımlarına görə təşəkkür etmək, ona yaxşı iş gördüyünü xatırlatmaq qəbul olunan metoddur. Amma ifrat tərifin fəsadları da bəllidir. İndki dönəmdə sosial şəbəkələrdə övladının idmandakı ilk addımları, kiçik uğurları ilə qürurlananları hər birimiz görürük. Müəyyən mənada başadüşülən haldır. Lakin ifrat tərif də vaxtından illər əvvəl "ulduzlaşan" azyaşlının işıqlı sabahı üçün ciddi əngəllərdən biridir. Təəssüf ki, valideyninin sosial şəbəkə hesabında tərifli şərhlər almağı həyat kredosuna çevirən uşağın düzgün formalaşmaq ehtimalı çox azdır. Bəli, böyüklərin səhv mövqeyi üzündən özünü olduğundan daha üstün saymaq hissi gizli düşmən statusu daşıyır. 

Aşırı nigaranlıq

Valideynlərin övladını qorumaq, hər an ona yardım etmək instinkti idmanda adətən heç bir işə yaramır. Tutaq ki, ana 12 yaşadək futbolçulardan ibarət A komandasında çıxış edən oğlunun B komandasındakı həmyaşıdlarına qarşı keçirdiyi matça baxır və onun ikili mübarizələr zamanı ara-sıra yerdə qalmasına emosianal reaksiya verir. Bununla kifayətlənməyən gənc xanım hissələrarası fasilə zamanı uşağın tərini silməyə cəhd göstərir, başının ağrıyıb-ağrımadığını soruşur və sair. Araşdırmalar göstərir ki, valideynlərin aşırı nigaranlığı azyaşlılarda özünəinamın itməsinə, dözümlülük qədər vacib elementin mənimsənilməməsinə gətirib çıxarır. Uşaq "mən zədələnsəm, anamın halı necə olacaq" sualının ağırlığı altında ilkin idman hədəflərinə belə, çata bilməz.

Qidalanma - Kiçik görünən böyük təsir

Fiziki inkişafın kökündə düzgün qidalanmanın dayandığı bəlli həqiqətdir. Qeyri-təbii qidalardan daha çox istifadə edən azyaşlıların həm fiziki, həm də əqli baxımdan həmyaşıdlarından geri qaldığı faktdır. Elit mühitdən danışsaq, qidalanma və vitaminləşməyə idman klublarının özləri diqqətlə yanaşır. Amma nəzərə alaq ki, uşaqların çox az bir hissəsi ilk addımlarını belə idman ocaqlarında atır. Diqqətli valideyn bacardığı qədər qidalanmanı nəzarətdə saxlamalı, bu prosesin düz getməməsinin mümkün fəsadlarını nəzərə almalıdır. Qida rasionuna və rejimlə bağlı problemlərə düzgün müdaxilə mütləqdir. Belə desək, övladını xoş dadı ilə seçilməyən hansısa tərəvəzin faydalı olduğuna inandıra bilən valideyn artıq onun qələbəyə aparan yolunu xeyli hamarlamış sayılır. 

Təzyiq

Hə, valideynlər uşaqların məşqlərini və ya onların iştirakı ilə keçirilən yarışları imkan daxilində ziyarət etməlidirlər. Hərçənd yarışın yekunlarına əsasən, istədiyi hədəfə çata bilməyən balacalara təzyiq göstərmək absurddur. Sadəcə, onun səylə çalışacağı, əvvəlki səhvlərini təkrarlamayacağı təqdirdə, daha artığına nail olacağı bildirilməli, motivasiyadan düşməməsi üçün fərdi xarakterinə uyğun tövsiyyələr verilməlidir. Azyaşlıdan xüsusi cəsarət, ağrılara qarşı inanılmaz dözüm tələb etmək də özlüyündə yersiz təpgi növüdür. Belədə, uşağın psixoloji və fiziki travmalar almaq ehtimalı artır. Dözüm və cəsarətin həm də irsi xüsusiyyətlər olduğunu unutmadan  azyaşlıda idmanın fəlsəfi tərəflərinə maraq oyatmaq labüddür. Yəni uşağın qarşısına potensialının yetməyəcəyi hədəflər qoymaq müsbət təsir vasitəsi deyil. Azyaşlılar həm qələbə, həm də yenilginin bəxş etdiyi duyğularla tanış olmalı, məğlubiyyətin son olmadığını şüurlu şəkildə dərk etməlidir.

Son söz əvəzi

Valideynlərin sabahın çempionlarını hədəflərindən necə uzaq saldıqlarını sizlərə çatdırmağa çalışdıq. Əlbəttə, yazıda qabardılan yanlış yanaşma şəkillərinin hər biri barədə ayrıca mövzu hazırlamaq, xırdalıqlara varmaq da olar. Ümumi yanaşsaq, hər bir valideyn idmanla məşğul olan övladı üçün həm dəstəkçi, həm də ən obyektiv tənqidçi funksiyasını yerinə yetirməyi bacarmalıdır. Bütün hallarda, uşağın fərdi xüsusiyyətləri nəzərə alınmalı, ümumi şablonlar əldə rəhbər tutulmamalıdır. Unutmayaq ki, idmançılar yalnız doğmalarının deyil, həm də xalqının və ölkəsinin təmsilçiləridir.

Nihat Ağasoy

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

20 May 2024
15:48

"Üzgünəm, səylərimiz kifayət etmədi" - Mikel Arteta

15:30

"Mançester Yunayted"də ten Haqı bu iki məşqçidən biri əvəz edəcək - ADLAR

15:12

"Ançelotti həmişə vaxtımın gələcəyini deyirdi" - Arda Güler

14:55

"Sabah" U-17 liqasının qalibi oldu - VİDEO

14:38

Salibadan unikal nəticə - İPL tariixndə beləsi olmamışdı

14:20

"Sabah" Antalyada çempion oldu

14:03

Sesenyon "Tottenhem"dən ayrılır - Yeni mövsümə harada başlayacaq?

13:40

Klopp "Liverpul"dakı varisini belə açıqladı - VİDEO

13:18

Peşəkar Çövkən Liqasının püşkü atılıb

13:01

"Real"ın ulduzu sıradan çıxdı - ÇL-in finalında oynamayacaq

12:43

"Onlar bizi məğlub etmək istəmirdilər" - Rodri

12:24

Region Liqasının bürünc mükafatçısı II Liqanı arzulayır: "Nəticələrimiz göz qabağındadır"

12:06

"Brayton"dan ayrılan De Dzerbi gələcəyi barədə danışdı

11:49

Foden rekorda imza atdı

11:31

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

11:10

"Neftçi" 50-yə çatdı

10:54

Çövkən Liqasında iştirak edəcək 10 komanda bilindi

10:38

27 ilin rekordu

10:19

İngiltərə nəhəngi "Bayer"in futbolçusunu transfer edir - 60 milyona 

09:57

DÇ: Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır

09:35

“Sabah”dan vacib qələbə, “Qəbələ” dayanmaq istəmir – Tura baxış

09:10

Mbappenin qardaşı da "Real Madrid"ə keçəcək? - Aydınlıq gəldi

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

Facebookdan bizi izləməyi unutmayın.
X