Rusiyalı yarımmüdafiəçi Maqomed Ozdoyev karyerasını Türkiyədə davam etdirəcək.
Fanat.Az xəbər verir ki, 29 yaşlı futbolçu "Fatih Karagümrük"lə müqavilə imzalayıb.
Bu barədə Türkiyə klubu rəsmi "Twitter" hesabında paylaşım edib. Müqavilənin şərtləri dəqiqləşdirilməsə də, daha əvvəl Ozdoyevə 3 illik anlaşma təklif edildiyi bildirilirdi.
Ozdoev 2018-ci ildən 2022-ci ilin iyulun 1-dək “Zenit”də çıxış edib. O, bu komanda ilə dörd dəfə (2018/19, 2019/20, 2020/21, 2021/22) Rusiya çempionu olub və bir dəfə 2019/20-ci il mövsümündə ölkə kubokunu qazanıb. 29 yaşlı yarımmüdafiəçi 2018-ci il fevralın 15-dən Sankt-Peterburq klubunda çıxış edib. O, "Zenit"də 116 oyun keçirib, 8 qol vurub və 18 məhsuldar ötürmə verib.
Mirağa