"Barselona" "Tottenhem"in müdafiəçisi Serxio Regilonla maraqlanır.
Fanat.Az xəbər verir ki, informasiyanı AS nəşri yayıb.
Mənbənin məlumatına görə, Kataloniya klubu 25 yaşlı ispaniyalını “Çelsi”nin müdafiəçisi Markus Alonsoya alternativ hesab edir.
"Real Madrid" də yetirməsini müqaviləsindəki satınalma bəndindən istifadə edərək 40 milyon avro ödəyərək geri qaytara bilər. Madrid klubu müdafiəçini 2020-ci il sentyabrın 19-da 30 milyon avroya satmışdı.
Regilon ötən mövsüm londonluların heyətində bütün turnirlərdə 31 oyunda 2 qol vurub və 3 məhsuldar ötürmə verib. Müdafiəçinin klubla müqaviləsi 30 iyun 2025-ci ilə qədərdir.
Mirağa