Azərbaycan taekvondoçusu Mehdi Budaqlı Bolqarıstanın paytaxtı Sofiyada keçirilən yeniyetmələr arasında dünya birinciliyində qızıl medal qazanıb.
Fanat.Az xəbər verir ki, 33 kq çəki dərəcəsində yer alan 14 yaşlı idmançı finalda Özbəkistan təmsilçisi Dilmurad Marufcanovu məğlub edərək dünya çempionu olub.
***
Bolqarıstanın paytaxtı Sofiyada keçirilən yeniyetmə taekvondoçular arasında dünya birinciliyinin ikinci yarış günündə Azərbaycan ilk medalı qazanıb.
Fanat.Az xəbər verir ki, 33 kiloqram çəki dərəcəsində mübarizə aparan Mehdi Budaqlı ardıcıl olaraq Levi Qavası (Kanada), Dieqo Qerubini (Avstraliya), Conatan Haimi (İsrail), Nelson Dedeqbeni (Fransa) və Maksim Krovçenkonu (Moldova) məğlub edərək finala vəsiqə qazanıb. Taekvondoçumuz qızıl medal uğrunda həlledici dueldə özbəkistanlı Dilmurad Marufcanovla üz-üzə gələcək.
Qeyd edək ki, 31 iyulda başa çatacaq yarışda bu gün Mehdi Budaqlıdan başqa, İlyas Hətəmli (37 kq), Vasif Səlimov (53 kq), Firəngül Abbaszadə (41 kq) və Şəms Əlizadə (47 kq) də mübarizə aparıb.