San Marinoda təşkil olunan 18 yaşadək basketbolçular arasında Avropa çempionatının C divizionunda bu gün yarımfinal görüşləri keçiriləcək.
Fanat.Az xəbər verir ki, B qrupunun lideri kimi dörd ən güclü kollektiv sırasına yüksələn Azərbaycan millisi həlledici görüşə vəsiqə uğrunda A qrupunda ikinci yeri tutan Albaniya ilə üz-üzə gələcək. Matç sabah Bakı vaxtı ilə saat 21:15-də başlayacaq.
Digər yarımfinal qarşılaşmasında isə Monako və Lüksemburq komandaları münasibətlərinə aydınlıq gətirəcək.
Qeyd edək ki, final və üçüncü yer uğrunda görüş sabah - iyulun 31-də baş tutacaq.