AZAL-ın yeni baş məşqçisi müəyyənləşib. Fanat.az xəbər verir ki, klub rəhbərliyi Tərlan Əhmədovla anlaşıb. Tərəflər arasında bu gün rəsmi müqavilə imzalanacaq.
Qeyd edək ki, Tərlan Əhmədov futbolçu karyerası ərzində bir çox klubda - "Termist" (Bakı), "Neftçi", "Turan", "Terek" (Rusiya), "Qarabağ", "Anji" (Rusiya), "Şəfa", "Fakel" (Rusiya), "İstiqlal" (İran), "Voln" (Ukrayna), "Karvan" və "Olimpik-Şüvəlan"ın formasını geyinib. O, 1992-2005-ci illərdə milli komandamızda 73 oyun keçirib.
Məşqçiliyə "Xəzər Lənkəran"da başlayan 42 yaşlı veteran futbolçu 2009-2010-cu illərdə bu komandada köməkçi işləyib. Əhmədov 2011-2013-cü illərdə "Neftçi"də fəaliyyət göstərib. Ötən yay Böyükağa Hacıyevin istefasından sonra komandanın başına keçib və Superkubokun finalında "Xəzər Lənkəran"a məğlubiyyətədən baş məşqçi postunu tutub.
Fanat.az