Kişi və qadınlardan ibarət Azərbaycan yığmaları Hindistanın Çennay şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında növbəti qələbələrini qazanıblar.
Fanat.Az xəbər verir ki, kişilərdən ibarət yığma II turda Filippin seçməsi ilə qarşılaşıb. Qədir Hüseynov və Nicat Abbasov rəqiblərini məğlub edib, Vasif Durarbəyli və Rauf Məmmədov isə heç-heçəyə razılaşıb. Beləliklə, komandamız görüşdən 3:1 hesablı qələbə ilə ayrılıb.
Qadınlardan ibarət millimiz isə Finlandiyanı yenib. Belə ki, Günay Məmmədzadə, Xanım Balacayeva və Gülnar Məmmədova rəqiblərinə qalib gəlib. Hazırda görüşünü davam etdirən Ülviyyə Fətəliyeva məğlub olsa belə, yekun nəticə dəyişməyəcək.
İlk turda kişilər Əlcəzairi, qadınlar isə Birləşmiş Ərəb Əmirliklərini 4:0 hesabı ilə üstələyib.
Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadasında həm kişilər, həm də qadınlar arasında mübarizə İsveçrə sistemi üzrə 11 turdan ibarət olacaq. Yarış avqustun 10-da başa çatacaq.
Ümumdünya Şahmat Olimpiadası
Kişilər
II tur
Filippin - Azərbaycan 1:3
Mark Paraqua - Rauf Məmmədov 0,5:0,5
Rocerio Barsenilla - Qədir Hüseynov 0:1
Con Pol Qomez - Vasif Durarbəyli 0,5:0,5
Paulo Bersamina - Nicat Abasov 0:1
Qadınlar
II tur
Finlandiya - Azərbaycan 0:3
Anastasiya Nazarova - Günay Məmmədzadə 0:1
Yoanna Paasikanqas - Xanım Balacayeva 0:1
Tanya Tuominen - Gülnar Məmmədova 0:1
Sarabella Norlamo - Ülviyyə Fətəliyeva