Bu gün San Marinoda təşkil olunan 18 yaşadək basketbolçular arasında Avropa çempionatının C divizionunun oyunlarına yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, yarımfinalda Albaniya seçməsinə 56:76 hesabı ilə uduzan Azərbaycan millisi üçüncü yer uğrunda görüşə çıxacaq. Tahir Baxşıyev və Anar Sarıyevin rəhbərlik etdiyi yığmanın rəqibi Lüksemburq kollektivi olacaq.
Matç Bakı vaxtı ilə saat 19:45-də başlayacaq.
Finalda isə Albaniya millisi Monako ilə münasibətləri aydınlaşdıracaq.
Qeyd edək ki, Azərbaycan basketbolçuları Lüksemburqla daha əvvəl qrup mərhələsində üz-üzə gəlib. B qrupunun ilk turu çərçivəsində keçirilən həmin qarşılaşmada həmyerlilərimiz 75:71 hesabıyla qələbə qazanıb.