Azərbaycanın gənclərdən ibarət taekvondo yığmasının avqustun 2-də Bolqarıstanın paytaxtı Sofiyada start götürəcək dünya birinciliyi üçün heyəti açıqlanıb.
Fanat.Az xəbər verir ki, ölkəmiz 6 gün davam edəcək yarışda 15 idmançı ilə təmsil olunacaq.
Mundialda oğlanlardan Xıdır Məmmədov (45 kq), Pünhan Mürsəlov (48 kq), İslam Əhmədzadə (51 kq), Kənan Əmiraslanov (55 kq), Fərid Əliyev (59 kq), Nizami Hacıyev (63 kq), Xan Məmmədzadə (68 kq), Vaqif Hacıyev (73 kq), İsmət İsrafilzadə (78 kq), qızlardan Zemfira Həsənzadə (42 kq), Səlimə Quliyeva (44 kq), Nərgiz Kazımova (46 kq), Səmməruh Osmanova (49 kq), Leyla Bəşirova (52 kq) və Fatimə Həsənova (55 kq) medallar uğrunda döyüşəcək.
Dünya birinciliyində ümumilikdə 809 taekvondoçunun iştirakı gözlənilir.