Növbəti mövsümün hazırlıqlarını davam etdirən "Sumqayıt"ın baş məşqçisi Aleksey Baqa baxışa çağırılan legioneri bəyənməyib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, ümidləri doğrultmayan panamalı yarımmüdafiəçi - Omar Valensiya geri göndərilib.
Qeyd edək ki, 20 yaşlı Valensiya Panamanın "Plasa Amador" klubunun futbolçusudur.
Nihat