Almaniya Qərb Regional Liqasında 2-ci turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, millimizin üzvü Rüfət Dadaşovun formasını geyindiyi “Şalke”nin 2-ci komandası səfərdə “Köln-2”yə 3:1 hesabı ilə qalib gəlib. Start heyətdə meydana çıxan və sonadək mübarizə aparan Dadaşov 90+3-cü dəqiqədə komandasının üçüncü qolunu vurub.
Rüfət ilk turda da qol vurmuşdu.
Qeyd edək ki, “Şalke -2” hazırda 6 xalla ikinci pillədə qərarlaşıb.