Azərbaycanın 18 yaşadək basketbolçulardan ibarət milli komandası Avropa çempionatının bürünc medalını qazanıb.
Fanat.Az xəbər verir ki, San Marinoda təşkil olunan Avropa çempionatının C divizionunda U-18 yığmamız 3-cü yer uğrunda görüşə çıxıb. Qrupda məğlub etdiyi Lüksemburq seçməsi ilə qarşılaşan milli gərgin mübarizə şəraitində keçən görüşdə rəqibinə qalib gəlməyi bacarıb.
Tahir Baxşıyev və Anar Sarıyevin yetirmələri əlavə vaxta gedən oyunun yekununda 78:73 hesabı ilə üstün olaraq Avropa çempionatının bürünc medallarını əldə edib.