Kişi və qadınlardan ibarət Azərbaycan yığmaları Hindistanın Çennay şəhərində təşkil olunan Ümumdünya Şahmat Olimpiadasında bu gün növbəti görüşlərini keçirəcəklər.
Fanat.Az xəbər verir ki, kişilərdən ibarət yığma IV turda Türkiyə seçməsi ilə qarşılaşacaq. Qadınlar isə İsraillə münasibətləri aydınlaşdıracaq.
Turun bütün görüşləri Bakı vaxtı ilə saat 13:30-da başlayacaq.
Ümumdünya Şahmat Olimpiadası
Kişilər
IV tur
Türkiyə - Azərbaycan
Mustafa Yılmaz - Şəhriyar Məmmədyarov
Emre Can - Rauf Məmmədov
Vahap Sanal - Qədir Hüseynov
Cemil Can Əli Marandi - Vasif Durarbəyli
Qadınlar
IV tur
İsrail - Azərbaycan
Marsel Yefroimski - Günay Məmmədzadə
Dina Belenkaya - Xanım Balacayeva
Maşa Klinova - Gövhər Beydullayeva
Mixal Lahav - Ülviyyə Fətəliyeva
Əvvəlki üç turda kişilər Əlcəzair (4:0), Filippini (3:1) və Argentinanı (3:1) yenib. Qadınlar isə Birləşmiş Ərəb Əmirlikləri (4:0), Finlandiya (4:0) və Yunanıstanı (2,5:1,5) üstələyib.
Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadasında həm kişilər, həm də qadınlar arasında mübarizə İsveçrə sistemi üzrə 11 turdan ibarət olacaq. Yarış avqustun 10-da başa çatacaq.