Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinə start verilib.
Fanat.Az xəbər verir ki, ilk oyun günündə 5 qarşılaşma baş tutub.
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu Bolqarıstanda "Lüdoqorets"in qonağı olub. Qonaqlar səfərdə minimal hesablı qalibiyyətə seviniblər. 25 yaşlı forvard zədə səbəbindən bu görüşdə iştirak edə bilməyib.
Bundan başqa, "Qarabağ"ın pley-offdakı potensial rəqibləri "Şerif"lə Çexiyanın "Viktoriya" (Plzen) komandası Moldovada üz-üzə gəliblər. Çexiya təmsilçisi minimal hesabla qalib gəlib.
Qeyd edək ki, Çempionlar Liqasında III təsnifat mərhələsinin digər 5 oyunu avqustun 3-də keçiriləcək. Azərbaycan çempionu "Qarabağ" Bakıda Macarıstan "Ferentsvaroş"unu qəbul edəcək.
Çempionlar Liqası
III təsnifat mərhələsi, ilk oyunlar
2 avqust
"Şerif" (Moldova) - "Viktoriya" (Plzen, Çexiya) 1:2
Qollar: Akanbi, 36-pen. - Xorı, 41-pen. Buxa, 55
"Lüdoqorets" (Bolqarıstan) - "Dinamo" (Zaqreb, Xorvatiya) 1:2
Qollar: Tekpetey, 22 - Periç, 6, Padt, 9-öz qapısına.
"Monako" (Fransa) - PSV (Niderland) 1:1
Qollar: Disasi, 80 - Verman, 38
"Yunion" (Belçika) - "Reyncers" (Şotlandiya) 2:0
Qollar: Teyma, 27, Venzeyr, 76
"Benfika" (Portuqaliya) - "Midtüllann" (Danimarka) 4:1
Qollar: Ramos, 17, 33, 61, Fernandes, 40 - Sisto, 78.