"Ferentsvaroş" Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"la Bakıdakı ilk matç üçün Azərbaycana yola düşüb.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Səhər yeməyindən sonra hava limanına yollanan Macarıstan təmsilçisi Bakıya istiqamət alıb. Komanda bu gün 20:00-da isə görüşdən əvvəl son məşqinə çıxacaq. Saat 19:15-də isə "Ferentsvaroş"un baş məşqçisi Stanislav Çerçesovun mətbuat konfransı keçiriləcək.
Qeyd edək ki, "Qarabağ" - "Ferentsvaroş" matçı sabah saat 20:00-da başlayacaq və Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq.
Mirağa