Özbəkistanda səfərdə olan Azərbaycan Minifutbol Federasiyasının və “Zirə” klubunun fəxri prezidenti Orxan Məmmədov bu ölkənin İdmanın İnkişafı naziri Adham İkromov ilə görüşüb.
Fanat.Az xəbər verir ki, görüşdə futbol və minifutbolun inkişafı sahəsində əməkdaşlıq potensialı müzakirə olunub.
Bundan başqa, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə əlaqələndirməklə dövlət-özəl tərəfdaşlığı formatında idman infrastrukturunun yaradılması imkanlarına dair fikir mübadiləsi aparılıb.