16:00 02.08.2022 804

Ramiz Qafarov: "Şəfizadə mənim rəqibim ola bilməz"

Azərbaycanın tanınmış diktoru, hazırda "Qarabağ" klubunda fəaliyəyət göstərən Ramiz Qafarovun Fanat.Az-a müsahibəsi:

- Siz "Neftçi"dən ayrılıb "Qarabağ"a keçəndən sonra ağdamlılar həm çempionatda, həm də avrokuboklarda uğurlu çıxış edir. Necə düşünürsüz, ayağınız komandaya düşərli olub?

- Bəli, bu, həqiqətən belədir. Mən 2013-cü ildə müəyyən səbəblərə görə "Neftçi"dən ayrıldım. Həmin ildən də "Qarabağ" ard-arda çempion olmağa başladı. Bildiyiniz kimi, 9 ildir avrokuboklarda yarışır. Mənə qədər "Qarabağ" cəmi bir dəfə çempion olmuşdu - 1993-cü ildə. "Qarabağ"ın bu uğurunu əvvəldən hiss etmişdim və görmüşdüm. Buna sübut kimi 2009-cu ildə yazıb "Facebook"da paylaşdığım "Qarabağ, xalqın sevinci ol" mahnımı göstərə bilərəm. İndi onun sözlərinə fikir verin: 

"Qarabağ", sənindir gələcək, hər kəs gücünü görəcək!.
İrəli, zəfərlər gələcək, ölkən, xalqın sevinəcək! 
"Qarabağ" qələbə çalacaq, "Qarabağ" zirvədə qalacaq!
"Qarabağ" dünyaya səs salacaq, dünya bizi tanıyacaq!
"Qarabağ", sən birinci ol, "Qarabağ", xalqın sevinci ol! 

Bu, mənim özümə də qəribə gəlir. "Neftçi" o zaman Azərbaycanın ən birincisi olduğu halda, necə ola bilər ki, mən "Qarabağ"ın uğurlarının belə olacağını öncədən görüm? Amma mahnımın sözləri ilə də bunu təsdiq edirəm. 

Qeyd edim ki, o zaman "Xəzər Lənkəran" klubu çempion olmağı planlaşdırırdı və mənə müraciət etmişdilər. Bir il "Xəzər Lənkəran"ın stadionunda diktorluq etmişəm və komanda çempion olub. Daha sonra "Şəfa" stadionuna dəvət etdilər, "İnter" çempion oldu. "Neftçi", "Qarabağ" və "Bakı" da eyni şəkildə çempion olublar. Bu, hətta mənim özüm üçün də qəribədir. Amma fakt odur ki, işlədiyim komandalar çempion olub.

- Sizin özünəməxsus səsiniz var. Stadiona gələn azarkeşlərin reaksiyasından da bunu hiss etmək olur ki, səsinizdən vəcdə gələn bəlli kütlə var. Bəs diktor kimi layiqli qiymət almısınızmı? Yəni həm də maddi gəliri nəzərdə tuturuq. Bildiyimizə görə, Sənan Şəfizadə sizdən çox qonorar alır. 

- Deyərdim ki, xeyr. Mən İdman diktoru olaraq layiqli qiymət almamışam. 35 ildir diktoram, amma heç bir fəxri adım yoxdur. İdman sahəsində öz çıxışlarımla, təqdimatlarımla çoxdandır xalqın sevincini qazansam da, layiqli qiymət almamışam. Hazırki ölkə başçısı İlham Əliyev 2002-ci ildə Milli Olimpiya Komitəsinin 10 illik yubileyində idman sahəsində göstərdiyim yüksək xidmətlərə görə şəhərin mərkəzində mənə mənzilin açarını təqdim etmişdi. Qonarar məsələsinə gəlincə, bu komandanın sirri olaraq qalır. 

- Son vaxtlar oyunlarda yalnız rəqibin heyətini, hakimləri və əvəzetmələri səsləndirirsiniz. Halbuki ən həyəcanlı və alqışlarla müşaiyət olunan qismi "Qarabağ"ın heyətini səsləndirməkdir ki, onu da Sənan Şəfizadə edir. Bu, sizi qıcıqlandırmır? 

- Bu məsələyə aydınlıq gətirim: idman diktoru protokolda idman təşkilatları tərəfindən müəyyən olunmuş bəlli proqram üzrə çıxış etməlidir. Amma bəzən azarkeşlərin çoxsaylı xahişini nəzərə alaraq meydanda fanatları canlandırmaq üçün onları komandanı dəstəkləməyə səsləmişəm. Məsələn, 2007-ci ildə Avropa çempionatının təsnifat mərhələsində Azərbaycan və Serbiya milli komandalarının oyununda diktor mən idim. Səfərdə keçirilən olk oyunda serblər bizi 1:0 hesabı ilə məğlub etmişdi. "Şəfa" stadionunda (indiki "ASK Arena" - red.) keçirilən cavab oyununda hesab 1:1 olanda oyunun hakim inspektrounun yanında əyləşmiş Asim Xudiyevə müraciət etdim ki, meydana sükut çöküb azarkeşləri canlandırmaq lazımdır. O isə buna etiraz etmədi. Beləliklə, oyunu meydandan izləyən azarkeşlərə müraciət edərək onları ayağa qaldırdım. Belə bir praktika voleybol oyunlarında və "Neftçi"nin keçirdiyi matçlarda da olub. Bir daha qeyd edim ki, mən rəsmi diktor olaraq protokoldan kənara çıxa bilmirəm. Sənan Şəfizadə isə qeyri-rəsmi cəlb olunduğuna görə azarkeşlərlə daha çox ünsiyyət qura bilir.

- Necə düşünürsüz, o, rəqib olaraq sizin tərəfdarlarınızı əlinizdən almır?

- Siz deyirsiniz "rəqib"... Mən sizinlə razı deyiləm. O, mənim rəqibim ola bilməz. Mənim bəlli auditoriyam var. Düşünmürəm ki, mənim çıxışımı bəyənənləri əlimdən alsın. Onlar bu gün var, sabah yox. Onun iş ayrı, mənim işim ayrı. 

Emin Şəmsiyev

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

16 May 2025
19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

18:50

"Barselona" tarixində Pedri kimisi olmamışdı - Messinin rekordu qırıldı

18:13

Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi bilindi

17:49

"Sumqayıt"ın kapitanı karyerasını bitirir - RƏSMİ

17:29

Kamal Umudluya UEFA-dan növbəti təyinat

17:11

"Turan Tovuz" "Sumqayıt"a qarşı 4 itki ilə mübarizə aparacaq -AÇIQLAMA

16:56

"Sevilya" AL-in ikiqat qalibi ilə vidalaşacaq

16:38

Qaxda yeni cüdo zalı fəaliyyətə başladı

16:20

Fernandeş Ronaldunun rekordunu təkrarladı

16:02

"Atletik" 11 ildən sonra ÇL-də oynayacaq

15:44

"Santos" büdcəsinin 25 faizini Neymara xərcləyir - Ulduz oyunçu nə qədər qazanır?

15:26

"Yuventus" rəhbərliyi portuqaliyalı hücumçu ilə bağlı qərarını qətiləşdirdi

15:08

Joan Laporta Flikin postunda qalıb-qalmayacağını açıqladı

14:50

"Braziliyaya Ançelotti kimi böyük bir ad lazım idi" - Kazemiro

14:32

"O, bütün dövrlərin ən yaxşı futbolçusudur, amma..." - Lamin Yamal

14:13

"Sabah" Rusiyada finala çıxdı

13:54

AFFA niyə süni qazondan əl çəkmir? - ARAŞDIRMA

12:51

Müstəqillik gününə həsr olunan turnirin qalibləri mükafatlandırıldı

12:33

ABF-nin nümayəndə heyəti Bəhreyndəki konqresə qatıldı

12:14

Azərbaycanın 2 güləşçisi İranda medal qazandı

11:55

Flik çempionluq təəssüratlarını bölüşdü - "Gələn mövsüm daha böyük uğur əldə edə bilərik"

11:36

Qalmaqal: FİFA prezidenti konqresə 3 saat gecikdi, UEFA sərt bəyanat yaydı

11:17

Abrahamın "Milan"dakı aqibətinə aydınlıq gəldi

10:58

Ançelottinin ayağı Braziliyaya düşmədi - Məhkəmə onu milliyə təyin edən prezidenti vəzifəsindən uzaqlaşdırdı

10:40

Lamiyə Vəliyeva Özbəkistanda bürünc medal qazandı

10:21

Lamin Yamal İspaniya futbolunun tarixinə düşdü

10:03

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:44

Bakıda V Autizm Festivalı keçiriləcək

09:23

Elmar Baxşıyev 5 futbolçusunu "Şamaxı"ya qarşı oynada bilməyəcək - ADLAR

09:00

Messi "Barselona"nı təbrik etdi - FOTO

01:50

La Liqa: "Barselona" derbini qazanaraq 28-ci çempionluğuna qovuşdu

01:33

Benzemalı "Əl-İttihad" sona 2 tur qalmış çempion oldu

15 May 2025
23:57

Azərbaycanın U-18 millisi də B divizionunda yarışacaq

23:20

"Çelsi" baş məşqçisi ilə bağlı qərarını verdi

22:57

Yüksək Liqa: “Araz-Naxçıvan”la “Baku Fire”dən böyükhesablı qələbə

22:18

Konseysau da "Milan"dan gedir, o da - Qərar verildi

21:50

"İmişli"nin "ASCO Arena" istəyi baş tutmadı - AÇIQLAMA

21:11

MPL: 35-ci turun təyinatları açıqlandı

20:52

"Sabah" "Zirə" ilə oyuna 4 itki ilə hazırlaşır - AÇIQLAMA

Facebookdan bizi izləməyi unutmayın.
X