Transfer çalışmalarında fəallıq göstərən "Turan Tovuz" növbəti transferini reallaşdırıb.
Fanat.Az klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, qərb təmsilçisi 26 yaşlı hücumçu Natan Oduvanı heyətinə qatıb.
Nigeriya əsilli ingiltərəli futbolçu ilə 1 illik müqavilə bağlanıb.
Son olaraq “Şamaxı”da çıxış edən futbolçu “Tottenhem”in yetirməsidir.
O, karyerası ərzində “Luton” (İngiltərə), “Kolçester” (İngiltərə), “Piterboro” (İngiltərə), “Reyncers” (Şotlandiya), “Olimpiya” (Sloveniya), “Hapoel” (İsrail), “Dandolk” (Şimali İrlandiya) və “Veyle” (Danimarka) komandalarının da şərəfini qoruyub.