Kişi voleybolçulardan ibarət Azərbaycan millisi bu gün AVRO-2023-ün təsnifat mərhələsində ilk matçını keçirəcək.
Fanat.Az xəbər verir ki, Pərviz Səmədovun çalışdırdığı yığma A qrupunun ilk oyununda Bakıda Danimarka yığması ilə qarşılaşacaq. Voleybol Mərkəzində baş tutacaq görüşə saat 18:00-da start veriləcək.
Oyun CBC Sport telekanalı vasitəsilə canlı yayımlanacaq.
Komandamızın qrupda digər rəqibləri Türkiyə və Danimarka milliləridir.
Qeyd edək ki, təsnifat mərhələsində 26 komanda 7 qrupa bölünüb. Qrupun ən güclüləri və 5 ən yaxşı ikinci yerin sahibi final mərhələsində iştirak hüququ qazanacaq.