Latviya millisinin sabiq yarımüdafiəçisi, Azərbaycanda “İnter”, “Qarabağ” və “Simurq”da oynamış Andrey Rubins 43 yaşında dünyasını dəyişib.
Fanat.Az xəbər verir ki, bu haqda Latviya Futbol Federasiyası açıqlama yayıb.
Latviya millisində 117 oyun keçirmiş mərhum son vaxtlar yoxsulluq və xəstəlikdən əziyyət çəkirdi.
Rubins 4 il müddətində Azərbaycanda çıxış edib. O, "İnter" (2008-2010), "Qarabağ" (2010-11) və "Simurq"da (2011-2012) oynayıb. 2012-ci ildə karyerasını başa vurub.
Mirağa