"Kəpəz" növbəti transferini reallaşdırıb.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, iranlı müdafiəçi Peyman Keşavarzi ilə bir illik anlaşma imzalanıb.
Qeyd edək ki, Peyman 2019-cu ildə “Sumqayıt”a gəlib, 2020-ci ildə “Səbail”ə üz tutub və ötən il İrana dönərək “Traktor”un formasını geyinib.