Kişi voleybolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının təsnifat mərhələsində mübarizəyə başlayıb.
Fanat.Az xəbər verir ki, mllimiz A qrupundakı ilk matçını Bakıda Danimarka yığmasına qarşı keçirib. Voleybol Mərkəzində baş tutan görüşün ilk setini qonaqlar 25:22 hesabı ilə aktivinə yazıb. İkinci setdə millimiz qalib gəlsə də (25:23), rəqib növbəti hissələrdə üstün olaraq (25:16, 25:16) oyunun yekun hesabını müəyyənləşdirib - 3:1.
Pərviz Səmədovun komandası növbəti turda Türkiyə millisi ilə qarşılaşacaq. Görüş avqustun 6-da Voleybol Mərkəzində keçiriləcək.
Qeyd edək ki, təsnifat mərhələsində 26 komanda 7 qrupa bölünüb. Qrupun ən güclüləri və 5 ən yaxşı ikinci yerin sahibi final mərhələsində iştirak hüququ qazanacaq.
AVRO-2023-ün seçmə mərhələsi
A qrupu
I tur
Azərbaycan - Danimarka 1:3 (22:25, 25:23 16:25, 16:25)