Azərbaycanın kişilərdən ibarət voleybol yığmasının üzvü Vladimir Melnikov Avropa çempionatının seçmə mərhələsinin ilk turu çərçivəsində Danimarkaya qarşı Bakıda keçirilən oyunun ən məhsuldarı olub.
Fanat.Az xəbər verir ki, millimizin hücumçusu matç ərzində 30 xal toplayıb.
Xatırladaq ki, A qrupunda yer alan milli ilk oyunda Danimarkaya 1:3 hesabı ilə uduzub. Pərviz Səmədovun çalışdırdığı kollektiv növbəti görüşünü Türkiyəyə qarşı keçirəcək. Matç avqustun 6-da Bakıda keçiriləcək.