Azərbaycanı V İslam Həmrəyliyi Oyunlarında təmsil edəcək cüdoçuların adları açıqlanıb.
Fanat.Az xəbər verir ki, yarışda ölkənin 7 kişi, 7 qadın idmançısı iştirak edəcək.
Kişilər: Balabəy Ağayev (60 kq), İbrahim Əliyev (66 kq), Nəriman Mirzəyev, Telman Vəliyev (73 kq), Zelim Tçkayev (81 kq), Elmar Qasımov (100 kq), İmran Yusifov (+100 kq).
Qadınlar: Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq), Səbinə Əliyeva (57 kq), Nərgiz Hacıyeva (63 kq), Günel Həsənli, Südabə Ağayeva (hər ikisi 70 kq)
Qeyd edək ki, İslamiada 9-18 avqustda Türkiyənin Konya şəhərində keçiriləcək. Cüdo üzrə fərdi yarışlar 15-16 avqustda, komanda mübarizəsi isə 17 avqustda baş tutacaq.