"Şamaxı" komandası Azərbaycan Premyer Liqasında əcnəbi futbolçularsız oynayacaq.
Fanat.Az xəbər verir ki, bölgə klubu yeni mövsüm üçün 25 futbolçunu sifariş edib. Bunlardan 3-ü qapıçı, hərəyə 9-u müdafiəçi və yarımmüdafiəçi, 4-ü hücumçudur.
Qapıçılar: Rəşad Əzizli, Əkbər Vəliyev, Sahib Həsənov;
Müdafiəçilər: İbrahim Aslanlı, Arsen Ağcabəyov, Rəhman Daşdəmirov, Fuad Bayramov, Elçin Mustafayev, Cavid Heydərov, Abdulla Rzayev, Rauf Hüseynli, Mirəli Əhmədov;
Yarımmüdafiəçilər: Samir Qurbanov, Nihad Quliyev, Elvin Məmmədov, Kamal Mirzəyev, Pərviz Azadov, Bəhruz Teymurov, Qurban Səfərov, Asim Əlizadə, Elçin Rəhimli;
Hücumçular: Amil Yunanov, Kamran Quliyev, Bahadur Həziyev, Uğur Cahangirov.
Qeyd edək ki, "Şamaxı" yeni mövsümün ilk turunda "Neftçi"ni qəbul edəcək. Avqustun 7-də Şamaxı şəhər stadionunda keçiriləcək görüş saat 17:00-da başlanacaq.