Avqustun 9-18-də Türkiyənin Konya şəhərində keçiriləcək İslam Həmrəyliyi Oyunlarında voleybol yarışının təqvimi açıqlanıb.
Fanat.Az xəbər verir ki, B qrupunda qüvvəsini sınayacaq Azərbaycanın qadınlardan ibarət yığması startda Seneqalla üz-üzə gələcək. Matç oyunların rəsmi açılışından 1 gün əvvələ təsadüf edəcək.
Kişi voleybolçulardan ibarət milli isə avqustun 9-da meydana çıxacaq. A qrupunda oynayacaq yığma Sudanı sınağa çəkəcək.
İslam Həmrəyliyi Oyunları
Qadınlar
B qrupu
8 avqust
Seneqal - Azərbaycan
10 avqust
Əfqanıstan - Azərbaycan
12 avqust
Kamerun - Azərbaycan
Kişilər
A qrupu
9 avqust
Sudan - Azərbaycan
11 avqust
Azərbaycan - Kamerun
13 avqust
Azərbaycan - Mərakeş