Kişi voleybolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının təsnifat mərhələsində bu gün növbəti görüşünə çıxacaq.
Fanat.Az xəbər verir ki, mllimiz A qrupundakı ikinci matçını Bakıda Türkiyə yığmasına qarşı keçirəcək. Voleybol Mərkəzində təşkil olunacaq görüş saat 18:00-da start götürəcək.
Pərviz Səmədovun komandası ilk turda Bakıda Danimarka millisi ilə qarşılaşıb və meydandan 1:3 hesablı məğlubiyyətlə ayrılıb.
Qeyd edək ki, təsnifat mərhələsində 26 komanda 7 qrupa bölünüb. Qrupun ən güclüləri və 5 ən yaxşı ikinci yerin sahibi final mərhələsində iştirak hüququ qazanacaq.