Azərbaycanın qadınlardan ibarət milli komandası Hindistanın Çennay şəhərində təşkil olunan Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşünü keçirib.
Fanat.Az xəbər verir ki, yığma VIII turda Rumıniya ilə qarşılaşıb. Millinin heyətində Xanım Balacayeva ikinci, Gülnar Məmmədova üçüncü lövhədə rəqiblərini yenib. Birinci və dördüncü lövhədə oynayan Günay Məmmədzadə ilə Ülviyyə Fətəliyeva isə məğlubiyyətlə üzləşiblər. Beləliklə, görüş 2:2 hesablı bərabərliklə başa çatıb.
Komandamız ilk turda Birləşmiş Ərəb Əmirliklərini, ikinci turda Finlandiyanı 4:0, III turda Yunanıstanı 2,5:1,5, IV turda İsraili 3:1, VI turda isə Qazaxıstanı 3:1 hesabı ilə üstələyib. Milli V turda Ukrayna ilə heç-heçə edib, VII turda Hindistana uduzub. Hazırda 12 xalı olan yığma turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.
Ümumdünya Şahmat Olimpiadası
Qadınlar
VIII tur
Rumıniya - Azərbaycan 2:2
İrina Bulmaqa - Günay Məmmədzadə 1:0
Mihaela Sandu - Xanım Balacayeva 0:1
Yelena-Luminita Kosma - Gülnar Məmmədova 0:1
Murina-Daria Lehaçi - Ülviyyə Fətəliyeva 1:0
Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadasında həm kişilər, həm də qadınlar arasında mübarizə İsveçrə sistemi üzrə 11 turdan ibarət olacaq. Yarış avqustun 10-da başa çatacaq.