Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsində növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, Pərviz Səmədovun çalışdırdığı kollektiv A qrupunun ikinci turu çərçivəsində Bakıda Türkiyə yığması ilə üz-üzə gəlib. Voleybol Mərkəzində baş tutan matç rəqibin "quru hesab"lı qələbəsi ilə bitib.
İlk oyununda Danimarkaya uduzan (1:3) millimiz növbəti görüşünü avqustun 17-də səfərdə Türkiyə yığmasına qarşı keçirəcək.
AVRO 2023-ün təsnifat mərhələsi
A qrupu
6 avqust
Azərbaycan - Türkiyə 0:3 (11:25, 20:25, 16:25)
Qeyd edək ki, təsnifat oyunlarında 26 komanda 7 qrupa bölünüb. Qrupun ən güclüləri və 5 ən yaxşı ikinci yerin sahibi final mərhələsində iştirak hüququ qazanacaq.