Misli Premyer Liqasının I turu çərçivəsində keçirilən "Şamaxı" - "Neftçi" matçında qonaq komandanın qapıçısı Aqil Məmmədov xəsarət alıb.
Fanat.Az xəbər verir ki, hazırda qolsuz bərabərliyin davam etdiyi görüşün ikinci hissəsində təcrübəli qolkiper komanda yoldaşı ilə toqquşduqdan sonra oyunu davam etdirə bilməyib.
Burnu qırılan Aqil həkimlərin tələbi əsasında əvəzlənib və gənc Əlirza Müştəbazadə meydana çıxıb.